FİFA Finlandiya milli komandasını cəzalandırdı
04.09.2009 - 11:52
FİFA Finlandiya milli komandasını cəzalandırdı
Dünya çempionatının seçmə mərhələsinin sabah Lənkəranda keçiriləcək oyunu ərəfəsində Finlandiya milli komandası ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, FİFA Azərbaycan yığmasının rəqibini 14 min İsveçrə frankı məbləğində cərimələyib. Buna iyunun 10-da Helsinkinin “Olimpiya” stadionunda keçirilən Finlandiya – Rusiya oyununda baş verənlər səbəb olub. Qonaqların 3:0 hesabı ilə qalib gəldiyi görüşdə stadionda azarkeşlər arasında yaşanan qarşıdurma skandinaviyalıları xərcə salıb.

Qeyd edək ki, bir müddət əvvəl UEFA da finlərə sanksiya tətbiq etmişdi. Avropa çempionatının final mərhələsinin iyunun 18-də keçirilən Almaniya ilə matçında yandırılan fişənglər şimallılara 2 min avroya başa gəlmişdi.
0