Hyuypiya Azərbaycana qarşı oynaya bilməyəcək?
04.09.2009 - 12:49
Hyuypiya Azərbaycana qarşı oynaya bilməyəcək?
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının rəqibi olan Finlandiya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar ən təcrübəli 2 oyunçusundan biri olan Sami Hyuypiyanın xidmətindən məhrum olub.

Qripə yoluxan 36 yaşlı futbolçu komandasının son məşqlərində iştirak edə bilmir. İndiyədək yığmada 100 oyuna 5 qol vuran müdafiəçinin Lənkəranda keçiriləcək qarşılaşmada meydana çıxmasına ümidini itirməyən Stüart Bakster onun əvəzləyə biləcək oyunçu dəvət etməyi lazım bilib. Britaniyalı mütəxəssis yerli “İnter”in futbolçusu Ari Nyumanı və İsveç “Höteborq”unda top qovan Tuomo Turuneni milliyə çağırıb.
0