“Neftçi” ölkə kubokunda “Neftçi” ilə oynaya bilər
04.09.2009 - 14:40
“Neftçi” ölkə kubokunda “Neftçi” ilə oynaya bilər
AFFA-nın mənzil-qərargahında 2009/10 mövsümü üçün Azərbaycan kubokunun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, püşkatma mərasimində 20 komanda iştirak edib.

Mübarizəyə Premyer Liqanın bütün, I diviziondan isə 8 klub qoşulub.

Belə ki, "Göyəzən" (Qazax), "Ədliyyə" (Bakı), "Energetik" (Mingəçevir) və Bərdənin ABN komandası yarışa qatılmaq istəməyib.

Püşkdən sonra ilk oyunda qarşılaşacaq rəqiblər bəlli olub:




1/16 final

"Gəncə" - "Rəvan"
MOİK - "Neftçi İSM"
"Anşad Petrol" - "Şahdağ"
"MKT Araz" - "Bakılı"


1/8 final

"Gəncə" - "Rəvan" cütünün qalibi - "Simurq"
"Anşad Petrol" - "Şahdağ" cütünün qalibi - "Qarabağ"
"MKT Araz" - "Bakılı" cütünün qalibi – “Bakı”
MOİK - "Neftçi İSM" cütünün qalibi - "Neftçi"

"Olimpik-Şüvəlan" - "Qəbələ"
"Xəzər Lənkəran" - "Muğan"
"Standard" - "Turan"
"İnter" - "Karvan"

Ölkə kubokunun 1/16 mərhələsinin ilk görüşləri sentyabrın 16-da və 17-də, cavab oyunları isə 1 həftə sonra baş tutacaq.

Qeyd edək ki, 18-ci dəfə keçiriləcək kubokun son sahibi “Qarabağ” klubudur.


0