Daha bir futbolçu milli komandamızdan kənarlaşdırıldı
04.09.2009 - 14:39
Daha bir futbolçu milli komandamızdan kənarlaşdırıldı
Azərbaycan milli komandası Finlandiya ilə sabahkı rəsmi oyun öncəsi daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın dayaq yarımmüdafiəçisi Aqil Nəbiyev zədə səbəbindən Lənkərandakı görüşdə iştirak etməyəcək. “Olimpik-Şüvəlan” klubunun 28 yaşlı futbolçusu artıq yığmamızın heyətindən çıxarılıb.

Az öncə “Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmov da eyni səbəbdən millidən kənarlaşdırılmışdı. Zədəli kapitan Rəşad Sadıqovu (“Qarabağ”) çağırmayan yığmamızın baş məşqçisi Berti Foqts finlərlə görüşdə digər arxa xətt oyunçuları – Rail Məlikovla (“Neftçi”) Aleksandr Çertoqanovun (“İnter”) xidmətindən cəza səbəbindən istifadə edə bilməyəcək.
0