Hadisə ermənilərlə konsert vermək üçün TFF-yə müraciət edib
04.09.2009 - 15:39
Hadisə ermənilərlə konsert vermək üçün TFF-yə müraciət edib
“Evrovision” mahnı müsabiqəsində Türkiyəni təmsil edən Hadisə ölkəsinin futbol federasiyasına müraciət edib. Apasport.az saytının məlumatına görə, gənc müğənni Türkiyə və Ermənistan yığmalarının oktyabrın 14-də Bursa şəhərində keçiriləcək rəsmi görüşünədək konsert vermək fikrindədir. Özü də Hadisə bunu erməni rəfiqələri İnqa və Anuşla birgə etmək istəyir. Arşakyan bacıları türkiyəli həmkarı kimi, son “Evrovizion”un iştirakçısıdır və öz ölkəsini təmsil ediblər. Hadisə bu konsertin keçirilməsinə şərait yaradılması üçün Türkiyə Futbol Federasiyası ilə yanaşı, yerli hökumətə də müraciət edib.
0