Pele Maradonaya, Maradona Peleyə sataşdı
04.09.2009 - 16:00
Pele Maradonaya, Maradona Peleyə sataşdı
Argentina və Braziliya yığmalarının qarşıdakı rəsmi oyunu iki futbol əfsanəsini yenidən üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, braziliyalı Pele və argentinalı Dieqo Maradona növbəti dəfə bir-birlərinin “bostanına daş atıblar”.

Onlar dünyada elə bir idmançılardır ki, heç vaxt nəinki bir-birlərini əllərini sıxmaz, heç yanaşı da dayanmazlar. Maradona bildirib ki, Peleni o qədər güclü futbolçu saymadığını bəyan edib: “Braziliya milli komandasının heyətindən ondan da dahi futbolçular var. Adi insanların iştirak etdiyi sorğuda Pele məndən sonra ikinci yeri tutdu. Məni heç kim keçə bilməz. Pele hətta Braziliyada ən yaxşı deyil. O, ölkəsinin ən yaxşı idmançıları arasında Ayrton Sennadan sonra ikincidir. Pele həmişə ikinci olub”.

Pelenin cavabı da özünü çox gözlətməyib: “Əlbəttə, belə bir ehtimal var ki, Maradona hansısa bir gözəl gündə yaxşı məşqçi olacaq. Ancaq hələlik biz hamımız yaxşı bilirik ki, Maradona kimdir və onun dediklərini ciddi qəbul etmək olmaz”.

Qeyd edək ki, Pele üç, Maradona bir dəfə dünya çempionu olub. Argentinalı hazırda milli komandasının baş məşqçisidir.
0