“Xəzər-Lənkəran”ın avtobusunu Finlandiya yığmasına verdilər
04.09.2009 - 16:24
“Xəzər-Lənkəran”ın avtobusunu Finlandiya yığmasına verdilər
2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibimiz olan Finlandiya milli komandası Azərbaycana gəlib. Apasport.az saytının Lənkərana ezam olunmuş müxbirinin verdiyi məlumatına görə, rəqibi gətirən təyyarə az öncə Lənkəran şəhər beynəlxalq hava limanında yerə enib.

İlk olaraq finlərin özləri ilə birgə gətirdikləri ərzaq məlumatları avtobusa yerləşdirilib. Daha sonra futbolçular və məşqçilər hava limanında çıxaraq onlar üçün ayrılmış avtobusa miniblər. Bu, “Xəzər-Lənkəran” futbol klubunun avtobusu olub. O, finləri birbaşa qaldıqları “Qala” otelinə aparıb. Rəqib orada yerləşdikdən sonra nahar edəcək, ardından məşqə çıxacaq. Milli komandamızla oyun keçiriləcək Lənkəran mərkəzi stadionunda məşq saat 19:45-da olacaq və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Qripə yoluxan Finlandiya yığmasının kapitanı Sami Hyuypiya da Lənkərana gəlib.

Qeyd edək ki, rəqib komanda ilə birgə 100-ə yaxın azarkeş də təşrif buyurub.
0