Əmirquliyev “Gəncə”yə keçdi
04.09.2009 - 17:11
Əmirquliyev “Gəncə”yə keçdi
“Gəncə” bu mövsümdə Premyer Liqaya vəsiqə qazanmaq uğrunda gərgin mübarizə aparmaq niyyətindədir. Bu səbəbdən elə ilk tura qarşımızda bir məqsəd var - qələbə çalmaq”. Bu sözləri “Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılov deyib.

Çalışdırıcı yetirmələrinin Azərbaycan çempionatının birinci divizionunda ilk turun startına hazır olduğunu düşünür: “Komanda perspektivli oyunçulardan təşkil olunub. Onların arasında Mətləb Məmmədovu, Vasif Vəliyevi, İlqar Hüseynovu, Xəyal Zeynalovu xüsusi qeyd etmək olar. Transfer pəncərəsinin bağlanmasına çox az müddət qalmış komanda öz heyətinə Mingəçevirin «Energetik» komandasından 3 oyunçu qatıb. Bu Ramil Nəsibov, Mübariz Abbasov və Aqşin Salahovdur. Gənc oyunçulardan Fair Əmirquliyevin də komandaya yetərincə köməklik edəcəyinə inanıram. Biz bütün var qüvvəmizlə Gəncə futbolunun imicini özünə qaytarmağa çalışacağıq”.

Qeyd edək ki, 3 illik fasilədən sonra bərpa olunan “Gəncə” həftəsonu keçiriləcək ilk turda “ABN-Bərdə” ilə görüşəcək.
0