Qurban Qurbanov püşkü əhəmiyyətsiz sayır
04.09.2009 - 17:24
Qurban Qurbanov püşkü əhəmiyyətsiz sayır
“Püşk bizim üçün elə də əhəmiyyət daşımır. Çünki qarşılaşacağımız bütün rəqibləri ciddi qəbul edirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan kubokunun son sahibi olan Ağdam təmsilçisi turnirin yeni mövsümündə mübarizəyə 1/8 final mərhələsində başlayacaq. Birinci dəstədə mübarizə aparan “Anşad-Petrol” (Neftçala) – “Şahdağ” (Qusar) cütünün qalibi ilə görüşəcək “Qarabağ” mərhələ keçərsə, “Xəzər-Lənkəran” – “Muğan” cütündə ən güclü ilə qüvvəsini sınayacaq. Qurbanov titulu qorumaq üçün səy göstərəcəklərini bildirib: “Zənnimcə, bu il kubok mübarizəsi daha gərgin olacaq. Bir neçə komanda bu titulu qazanmaq istəyəcək. Biz də ən sona qədər getməyə çalışacağıq. Bu, heç də asan olmayacaq. Amma bir daha qeyd edirəm ki, bu il kubok yarışı daha maraqlı və gərgin olacaq. Hər komanda sürprizlə qarşılaşa bilər. İlk turlar göstərdi ki, artıq zəif və ya güclü rəqib anlayışı getdikcə tarixə köçür”.
0