4 sentyabr: Yığmamızın son qələbəsindən 8 il ötür!
04.09.2009 - 17:40
4 sentyabr: Yığmamızın son qələbəsindən 8 il ötür!
4 sentyabr Azərbaycanın gənclərdən ibarət milli komandası üçün əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, 21 yaşlılar arasında Avropa çempionatının seçmə oyununda bu gün Albaniya ilə qarşılaşacaq yığmamız artıq 8 ildir seçmə oyunlarda qələbə qazana bilmir.

U-21 sonuncu dəfə 2001-ci il sentyabrın 4-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Ramal Hüseynovun qolu ilə Makedoniya yığmasını 1:0 hesabı ilə məğlub edib. Həmin görüşün 8 illiyinə qədər 31 oyuna çıxan futbolçularımız ən yaxşı halda heç-heçə ediblər. Albaniya ilə görüşdə 2923 günlük qələbə həsrətini bitirə bilər.

Avropa çempionatı – 2002 (Makedoniya üzərində qələbədən sonraya təsadüf edən sonuncu qarşılaşma)
İsveç (0:0)

Avropa çempionatı – 2004
İtaliya (0:3, 0:6), Finlandiya (0:3, 0:1), Uels (0:1, -:+), Serbiya və Çernoqoriya (0:3, 0:2).

Avropa çempionatı – 2006
Polşa (0:3, 1:1), İngiltərə (0:0, 0:2), Almaniya (0:2, 0:2), Avstriya (0:3, 0:0), Uels (0:1, 0:3).

Avropa çempionatı – 2007
İrlandiya (-:+, 0:3)

Avropa çempionatı – 2009
Yunanıstan (1:4, 0:2), Xorvatiya (2:3, 0:1), İtaliya (0:5, 0:2), Albaniya (1:1, 0:0), Farer adaları (0:1, 2:2).
0