Mübariz Mənsimov da milli komandamızın yanında olacaq
04.09.2009 - 23:13
Mübariz Mənsimov da milli komandamızın yanında olacaq
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov milli komandamızın oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, Türkiyədə yaşayan iş adamı dünya çempionatının seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan – Finlandiya matçını stadiondan seyr edəcək. “Palmali” Şirkətlər Qrupunun başçısı yaradıcısı olduğu “Xəzər-Lənkəran” klubuna məxsus şəhər stadionunda debüt edən yığmamızın yanında olmağa qərar verib.

Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev də görüşü izləyənlər arasında olacaq.
0