“Xəzər-Lənkəran”dan əzmkar qələbə
04.09.2009 - 18:50
“Xəzər-Lənkəran”dan əzmkar qələbə
“Xəzər-Lənkəran” klubu bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında yaranan fasilə dövrünü boşa vermək niyyətindən uzaq olan lənkəranlılar qüvvəsini “Standard”la görüşdə sınayıb. Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən bu qarşılaşmada cənub təmsilçisi fasiləyə məğlub çıxsa da, ikinci hissədə Ramazan Abbasov və Kazım Kazımlının qolları ilə qələbə qazanıb - 2:1.
0