Finlərin ilk və tək məşqi
04.09.2009 - 20:02
Finlərin ilk və tək məşqi
Bu gün Finlandiya yığması dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə görüş öncəsi Lənkəran şəhər stadionunda ilk və tək məşqinə çıxıb. Apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, baş məşqçi Stüart Bakster yetirmələrinə əsasən topsuz təmrinləri yerinə yetirməyi tapşırıb.

Əvvəlcə xırda ötürmələr üzərində işləyən futbolçular daha sonra meydançada yüngül qaçışla dövrə vurublar. Bu arada komandanın hər iki qapıçısı kənarda xüsusi proqram üzrə işləyib. Yüngül qaçışın ardından gərilmə, dartınma hərəkətləri edən qonaqlar yüksək sürətlə qaçmağa da çalışıblar. Ümumilikdə 21 fin futbolçunun qatıldığı məşq mətbuat üçün açıq olub.

Qeyd edək ki, Azərbaycan - Finlandiya matçı sabah saat 20:00-da Lənkəran şəhər stadionunda start götürəcək.
0