Lənkəranda misli görünməmiş iş
04.09.2009 - 21:18
Lənkəranda misli görünməmiş iş
Futbol azarkeşləri sabah dünya çempionatının seçmə qrup mərhələsində Lənkəran şəhər stadionunda keçiriləcək Azərbaycan - Finlandiya matçını televiziya ekranları qarşısında rahat izləyə biləcəklər. Apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, oyun zamanı televiziya tamaşaçılarına stadiondan 16 rakursdan görüntülər təqdim olunacaq. Başqa sözlə, yığmamızın Finlandiya ilə görüşü 16 kameradan çəkiləcək.

Kameraların bəziləri xüsusi texnika sayəsində özləri hərəkət edəcəklər. Hətta meydançanın üstündən də çəkiliş aparılması nəzərdə tutulub. Bu məqsədlə stadionun üstündən iki çarpaz ip bağlanacaq və kameralar həmin iplərin köməyi ilə lazımi yerlərə hərəkət edəcəklər. İndiyədək Azərbaycanda keçirilən heç bir rəsmi matçda üstdən çəkilişlər olmayıb. Bütün bunlar AFFA rəhbərliyinin dəstəyi sayəsində Almaniyanın “Sport Five” şirkəti tərəfindən gerçəkləşib.

Qeyd edək ki, saat 20:00-da başlanacaq görüş AzTV telekanalı ilə canlı yayımlanacaq.
0