Foqts daha bir futbolçunu Lənkərana çağırdı
04.09.2009 - 22:34
Foqts daha bir futbolçunu Lənkərana çağırdı
Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts “Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşiyevə dəvət göndərib. Foqts yığmanın heyətində zədəli futbolçu çox olduğundan belə addım atıb. Baxşiyevin sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiyaya qarşı oynayıb-oynamayacağı bilinmir.

Qeyd edək ki, milli komandanın üzvlərindən Rəşad Sadıqov, Aqil Nəbiyev və Cəmşid Məhərrəmov zədəlidir.
0