Dünya çempionunun butslarını oğurladılar
05.09.2009 - 09:51
Dünya çempionunun butslarını oğurladılar
2006-cı ildə İtaliya milli komandasının heyətində dünya çempionu olan Marko Materatsi xoşagəlməz olayla üzləşib. Apasport.az saytının məlumatına görə, vətənində “İnter” klubunda oynayan müdafiəçinin butsları oğurlanıb.

Hadisə klubun məşq bazasında baş verib və ora soxulan naməlum şəxslər beş cüt buts aparıblar. Materatsi ilə yanaşı, bunun qurbanı komandanın 4 gənc futbolçusu olub. İtaliya KİV-nin verdiyi məlumata görə, oğrular bazaya pəncərədən daxil olublar.

Qeyd edək ki, hazırda “İnter”in futbolçularının əksəri hazırda müxtəlif milli komandaların sıralarındadır. Buna görə də oğrular çox az şey apara bilib.
0