“Azərbaycanla oyunda yalnız nəticə qazanmaqla kifayətlənməməliyik”
05.09.2009 - 10:10
“Azərbaycanla oyunda yalnız nəticə qazanmaqla kifayətlənməməliyik”
“Cənubi Afrika Respublikası və Azərbaycan milli komandası ilə oyunlarda sadəcə, nəticə əldə etməklə kifayətlənməməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya yığmasının müdafiəçisi Filipp Lam deyib.

“Hamı başa düşür ki, bizi Moskvada Rusiya yığması ilə daha vacib oyun gözləyir. Bu görüş öncəsi yaxşı forma yığıb, sərbəstlik əldə etməliyik. Ona görə də Cənubi Afrika Respublikası və Azərbaycanla görüşlərdə nəticəyə gözəl oyunla, rəqib üzərində diktə etməklə nail olmalıyıq. Bu, komandamıza inam verəcək” – deyə Lam bildirib.

Qeyd edək ki, almanlar Rusiya yığmasının oktyabrın 10-da qonağı olacaq.
0