Messini qatil mühafizəçi qoruyur!?
05.09.2009 - 11:01
Messini qatil mühafizəçi qoruyur!?
Dünya şöhrətli futbolçu Lionel Messi milli komandasının düşərgəsinə yeni mühafizəçi ilə gəlib. Apasport.az saytının məlumatına görə, Nekto Ariel Pulyese adlı bu şəxsin bioqrafiyası Argentinada ciddi narahatlıq doğurur.

Onun rəhbərlik etdiyi “Barra Brava” fanat qrupu ikinci liqada mübarizə aparan “Nueva Çikaqo” klubunu dəstəkləyir və həddən artıq qəddarlığı ilə tanınır. Ən əsası, Nekto 2007-ci ildə digər komandanın azarkeşinin ölümündə şübhəli şəxs kimi nəzarət altındadır.

Argentina Futbol Federasiyasını adı çəkilməyən nümayəndəsi bildirib ki, bu təşkilatın fanatlarının liderinə heç bir bağlılığı yoxdur.
0