Berti Foqts: Komanda udanda qəhrəman, uduzanda isə qapazaltı sayılır
05.09.2009 - 11:42
Berti Foqts: Komanda udanda qəhrəman, uduzanda isə qapazaltı sayılır
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Şotlandiya yığmasındakı həmkarı Corc Berliyə məsləhət verib. Apasport.az saytının məlumatına görə, rəhbərlik etdiyi kollektivi 2010-cu il dünya çempionatının final mərhələsinə çıxarmağa çalışan Berli Makedoniya ilə matç öncəsi sələflərindən sayılan alman çalışdırıcıdan dəstək alıb.

“Şotlandlara məsləhət görərdim ki, öz gücü və azarkeşlərin dəstəyi sayəsində çox aqressiv oyun nümayiş etdirsinlər. Bu komandanın dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansı var. Onda mən Şotlandiyanın Cənubi Afrika Respublikasında görə bilərəm. Şotlandlara qalan iki görüşdə uğurlar arzulayıram və yaxşı nəticə gözləyirəm. Əgər komanda qələbə qazanırsa, qəhrəman, uduzanda isə qapazaltı sayılır. Bu, işin bir hissəsidir. Mən təkcə Corc Berliyə yox, bütün komandaya və ölkəyə simpatiya edirəm. Sabiq komandam qarşıdakı 5 gündə keçiriləcək 2 ev oyununda 6 xal qazana bilər. Berli keçmişdən dərs çıxarmalıdır. Fikrimcə, yaxşı iş görəcək. Şotlandiya Makedoniyanı yenməlidir. Onlar Hollandiyanı da məğlub edə bilər”.

Milli komandamızın alman çalışdırıcısının sözlərinə görə, Şotlandiya öz qrupunda 2-ci yeri tutaraq, pley-off oyunlarına vəsiqə qazanaraq, burdan da dünya çempionatına vəsiqə qazana bilər.
0