Çempionlar Liqasının qalibi karyerasını bitirdi
05.09.2009 - 12:15
Çempionlar Liqasının qalibi karyerasını bitirdi
UEFA Çempionlar Liqasının qalibi Duayt York karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 37 yaşında bu qərara gələn Trinidad və Tobaqodan olan hücumçu “Mançester Yunayted” klubunda çıxış ilə tanınır.

Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998-2002-ci illərdə oynadığı bu komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, “Mançester Yunayted”lə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin “Aston Villa”, “Blekbörn”, “Birmingem”, “Sanderlend” klublarında oynayıb.

Son vaxtlar Avstraliyanın “Sidney” klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur.
0