Türkiyədə 11 futbolçu “donuz qripi”nə yoluxub
05.09.2009 - 12:48
Türkiyədə 11 futbolçu “donuz qripi”nə yoluxub
Türkiyədə 11 futbolçu “donuz qripi”nə yoluxub. Apasport.az saytının məlumatına görə, 3-cü liqada mübarizə aparan “Keçiörənspor” klubunun şərəfini qoruyan həmin oyunçular nəzarət altındadır.

4 futbolçu “donuz qripi”nə yoluxmaqda şübhəli bilindiyindən evlərində müalicə olunur. Adı gizli saxlanılan 2 futbolçu Qazi Universitetinin futzal komandası ilə Bolqarıstanın Varna şəhərində UEFA kuboku oyununda iştirak ediblər və orada virusa yoluxublar. Onlar Ankaraya qayıtdıqdan sonra virus komandanın digər üzvlərinə də keçib.
0