Premyer Liqada təxirə salınmış görüşlərin vaxtı dəqiqləşdi
05.09.2009 - 13:00
Premyer Liqada təxirə salınmış görüşlərin vaxtı dəqiqləşdi
Azərbaycan Premyer Liqasında təxirə salınmış görüşlərin keçiriləcəyi tarix müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Avropa Liqasında oyunlarla əlaqədar ilk iki turda baş tutmayan “Bakı” və “Qarabağ” klublarının həmin matçları sentyabrın 16-da və 23-də keçiriləcək.

“Bakı” I tur çərçivəsində 16-da “Xəzər-Lənkəran”ın, “Qarabağ” “Turan”ın qonağı olacaq. Bundan 1 həftə sonra II tur çərçivəsində “Bakı” “Standard”ı, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

Milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsindəki oyunları əlaqədar III turun görüşləri oktyabrın 20-22-i aralığında baş tutacaq. 20-də “Standard” – “Simurq”, 21-də “Qəbələ” – “Neftçi”, “Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran”, “Turan” – “Karvan”, “Muğan” – “Qarabağ”, 22-də “İnter” – “Bakı” oyunu keçiriləcək.

V turun "Turan" - "İnter" oyunu sentyabrın 19-da, VI turun "İnter" - "Qəbələ" oyunu sentyabrın 26-da, VIII turun "İnter" - "Standard" oyunu oktyabrın 25-də keçiriləcək.
0