PFL “Karvan”a “hə” dedi
05.09.2009 - 13:24
PFL “Karvan”a “hə” dedi
"Karvan" klubu futbolçularının Azərbaycan yığmasının heyətində dünya çempionatının seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar “Qəbələ” ilə matçın vaxtının dəyişdirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Apasport.az saytının məlumatına görə, PFL Yevlax təmsilçisinin Premyer Liqanın VI turunun "Karvan" - "Qəbələ" görüşünün sentyabrın 12-nə keçirilməsi xahişini müsbət cavablayıb.
0