Ölkə kubokunun başlanma vaxtı müəyyənləşdi
05.09.2009 - 13:39
Ölkə kubokunun başlanma vaxtı müəyyənləşdi
Azərbaycan kuboku uğrunda 2009/10 mövsümünün başlanma günü dəqiqləşib. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, 18-ci kubokun 1/16 final mərhələsinin ilk oyunları sentyabrın 17-də keçiriləcək.

Həmin gün “Gəncə” – “Rəvan”, MOİK – “Neftçi İSM”, “MKT-Araz” – “Bakılı”, “Anşad-Petrol” – “Şahdağ” görüşləri baş tutacaq. Cavab qarşılaşmaları 2 gündə - sentyabrın 22-də və 23-də olacaq. 22-də "Bakılı" - "MKT-Araz", "Şahdağ" - "Anşad-Petrol", ertəsi "Rəvan" - "Gəncə", "Neftçi İSM" - MOİK oyunları keçiriləcək.
0