Röya aşiq olduğu futbolçunun adını dedi: “Krasavçik”...
05.09.2009 - 16:48
Röya aşiq olduğu futbolçunun adını dedi: “Krasavçik”...
Son vaxtlar ölkəmizdə futbolun inkişafı hamı kimi şou-biznes nümayəndələrini də sevindirir. Artıq bizim ən populyar ulduzlarımız milli komandada və klublarda oynayan futbolçuları daha yaxından tanımağa başlayıb.

Apasport.az saytının məlumatına görə, müğənni Röya bildirib ki, həmvətənlərimizin məşhurlarla ayaqlaşması onu sevindirir: “Sevindirici haldır ki, inkişaf edən idmanımızdan futbol da geri qalmır. Yaranan gənc nəsil öz oyunu ilə hamımızı sevindirir. Düzdür, milli komandadan bircə Ruslan Abışovu tanıyıram. O da mənim kimi şokolad rəngindədir! Bu günkü oyunda Ruslana uğurlar arzulayıram. İnanıram ki, “krasavçik” xalqımızı sevindirəcək!”

Qeyd edək ki, milli komandamız bu gün Lənkəranda Finlandiya ilə qarşılaşacaq. Amma Röyanın sevimli futbolçunun meydana çıxıb-çıxmayacağı hələ bəlli deyil.

Mənbə: show.az
0