İTV-dən sürpriz: “Panatinaikos” - “Qalatasaray” matçı canlı yayımda!
05.09.2009 - 17:35
İTV-dən sürpriz: “Panatinaikos” - “Qalatasaray” matçı canlı yayımda!
İctimai televiziya (İTV) futbol azarkeşləri üçün əsl sürpriz hazırlayıb. Apasport.az saytının məlumatına görə, ölkənin 1 nömrəli televiziyasının rəhbərliyi atdığı addımla əsasən də Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klublarının azarkeşlərini sevindirib.

Belə ki, “Cim Bom”un sadiq azarkeşləri sevimli komandalarının Avropa Liqasındakı oyununu İTV vasitəsilə canlı izləyə biləcəklər. Sentyabrın 17-də “Qalatasaray”ın Yunanıstanda “Panatinaikos”la görüşü saat 22:00-da birbaşa göstəriləcək.

Bu qarşılaşmanın ardından isə “Fənərbaxça” fanatları ekran qarşısına keçə bilərlər. İTV rəhbərliyi digər İstanbul təmsilçisinin “Tvente” ilə görüşünü də canlı yayımlamağı planlaşdırıb.
0