Berti Foqts mətbuat konfransını əsəbi tərk etdi
05.09.2009 - 21:35
Berti Foqts mətbuat konfransını əsəbi tərk etdi
“Son 15 dəqiqədə gücümüz çatmadı. Bu səbəbdən də uduzduq”. Apasport.az saytının Lənkərana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu sözləri dünya çempionatının seçmə qrup mərhələsində Finlandiyaya 1:2 hesablı məğlubiyyətdən sonra Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Oyun sonrası təşkil olunan mətbuat konfransında alman məşqçi bildirib ki, futbolçuları 4 gün sonra Hannoverdə Almaniyaya qarşı keçiriləcək oyuna toparlamağa çalışacaq: “Çalışacağıq ki 4 gün sonrakı oyun üçün toparlanaq. Futbolçular Azərbaycan üçün peşəkardırlar. Amma dünya səviyyəsində onlarda peşəkarlıq çatışmır. Başa düşürəm ki siz qələbə istəyirsiniz. Ancaq futbolçularda təcrübə çatışmazlığı var”.

Foqts mətbuat konfransında sonadək iştirak etməyib. Jurnalistlərin suallarından əsəbiləşən alman çalışdırıcı tədbiri tərk etməyə üstünlük verib.
0