Elvin Məmmədov: Günahkarı kənarda axtarmaq lazım deyil
05.09.2009 - 22:20
Elvin Məmmədov: Günahkarı kənarda axtarmaq lazım deyil
“Kobud səhvlər buraxdığımız üçün uduzduq. Günahkarı kənarda axtarmaq lazım deyil”. Bu sözləri Finlandiyaya məğlubiyyətdən sonra apasport.az saytının Lənkərana ezam olunan əməkdaşına yığmamızın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Milli komandamızın cari seçmə mərhələdə ilk qolunun müəllifi kimi tarixə düşən futbolçu bildirib ki, skandinaviyalılarla görüşdə yığmamız qələbə qazanmağa borclu idi: “Finlandiya ilə oyun qələbə qazanılası matç idi. Dərinliyə getmək istəmirəm. Sadəcə, onu deyim ki, məğlubiyyət mənə çox pis təsir göstərib”.
0