“Xəzər-Lənkəran” klubunun muzeyinin açılışına hökumət nümayəndələri də qatıldı
05.09.2009 - 22:41
Bu gün Lənkəran şəhərində “Xəzər-Lənkəran” Futbol Klubunun muzeyinin açılışı olub. apasport.az saytının məlumatına görə, tədbirə xarici işlər naziri Elmar Məmmədyarov, AFFA prezidenti Rövnəq Abdullayev, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, həmçinin “Xəzər-Lənkəran” klubunun prezidenti Mübariz Mənsimov qatılıblar.
Qırmızı lent kəsildikdən sonra qonaqlar muzeylə tanış olublar. Burada “Xəzər-Lənkəran” komandasının 5 illik tarixi ərzində qazandığı kuboklar, müxtəlif mükafatlar yer alıb.
Divarda klub tarixinin ən şərəfli anlarını əks etdirən fotostendlər asılıb. Eyni zamanda, muzeydə Rəşad Abdullayev və Oktay Dərəlioğlunun formaları diqqəti cəlb edir.
Bu iki futbolçunun fərqləndirilməsinin səbəbləri var. Belə ki, Rəşad Cənub təmsilçisinin heyətində ən çox oyun keçirən (150-dən artıq) futbolçu, türk hücumçu Oktay isə ən yaxşı transferdir.
Qonaqlar tanışlıqdan sonra Muzeyin xatirə kitabına öz imzalarını qoyublar.

0
0