“Meydanda nələrin yaşandığını heç özümüz də anlamadıq”
05.09.2009 - 23:11
“Meydanda nələrin yaşandığını heç özümüz də anlamadıq”
“Bu oyunda ən azından bir xal qazanmağı düşünürdük”. Bu sözləri Finlandiyaya 1:2 hesablı məğlubiyyətdən sonra apasport.az saytının Lənkərana ezam olunan əməkdaşına milli komandamızın hücumçusu Vüqar Nadirov deyib. Nadirov bildirib ki, hesabda öndə olsalar da, sonra baş verənlər bir anda oldu.

“Hər şey ani baş verdi. Meydanda nələrin yaşandığını heç özümüz də anlamadıq. Oyuna yaxşı başlasaq da, sonda uduzduq” – deyə Nadirov əlavə edib.

Futbolçu sərfəli nəticəni sonadək qoruya bilmədiklərindən təəssüfləndiyini bildirib.

Qeyd edək ki, yığmamız Finlandiya ilə görüşdə hesabı açan tərəf olsa da, sonda 2 top buraxaraq, meydanı məğlub tərk edib.
0