“Lənkəranda bəxt üzümüzə güldü və qələbə qazandıq”
05.09.2009 - 23:51
“Qələbə qazandığımız üçün xoşbəxtik. Çox şadıq ki, 3 xalı məhz biz əldə etdik. Amma etiraf edim ki, oyun bizim üçün çətin keçdi”. Bu sözləri apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinə eksklüziv açıqlamasında Finlandiya yığmasının futbolçusu Yari Litmanen deyib.
Finlandiya futbolunun canlı əfsanəsi dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə görüş barədə fikirlərini bölüşüb. 38 yaşlı hücumçu 2:1 hesablı qələbədə bəxt amilini qabardıb: “Azərbaycan komandasına sırf bəxt sayəsində qalib gəldik. Bəxt üzümüzə güldü və biz 2 qol vurub, qələbə qazandıq”.
O, “Azərbaycan yığmasında kimi fərqləndirərdiniz” sualına da özünəməxsus cavab verib: “Açığı, əsas fikrimi oyuna yönəltmişdim. Komandamı məğlub durumdan çıxarmağa çalışırdım. Buna görə də rəqibin heyətində fərdi oyunçuların adını deməyə çətinlik çəkirəm”.

0
0