Yeryomenko “Xəzər-Lənkəran”a “yox” deyə bilmədi - EKSKLÜZİV
06.09.2009 - 08:42
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Finlandiya (1:2) qarşılaşmasından sonra qonaqların üzvü Aleksey Yeryomenko apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinə müsahibə verib. Anası osetin, atası isə rus olan bu yarımmüdafiəçi milli komandamız haqda danışmaqla yanaşı, karyerasını Azərbaycanda davam etdirmək ehtimalına da toxunub.
- Azərbaycan yığması ilə matçı əvəzlənmədən keçirtdiniz. Oyun haqda hansı təəsüratlarınız var?
- Mənə elə gəlir ki, bəxtimiz gətirdi. Əks təqdirdə, səfərdən xalsız dönərdik.
- Öncə bizim futbolçulardan kimisi tanıyırdınız?
- Yox. Bundan əvvəl Azərbaycan komandası ilə oyunlarda 2 dəfə forma geyinmişəm. 2007-ci ildə Bakıda minimal hesabla uduzmuşduq. Ötən il isə öz meydanımızda qalib gəlmişdik.
- Bəs bu dəfəki qarşılaşmada azərbaycanlı futbolçulardan kimi fərqləndirərdiniz?
- 7 nömrəli oyunçu (Vaqif Cavadov nəzərdə tutulur - red.) xoşuma gəldi. O, digər komanda yoldaşlarından fəal nəzərə çarpırdı.
- Azərbaycan yığması sonuncu dəfə Finlandiyanı qəbul edərkən, qələbə qazanmışdı. Həmin matçla indiki arasında hansı fərqlər mövcuddur?
- Heç bir fərq yoxdur. Sadəcə, ötən dəfə sizin bəxtiniz gətirmişdi, bu dəfə isə bizim.
- Sizcə, Aərbaycan komandasının əsas problemi nədir?
- İlk növbədə bir məqama - hansı çempionatda oynadığına fikir vermək lazımdır. Kim Avropa ölkələrinə üz tutursa, deməli o, düzgün yoldadır. Çempionatın səviyyələrini müqayisə edin. İngiltərə, Almaniya çempionatında forma geyinən futbolçularla bacarmaq şübhəsiz ki, əksər hallarda mümkünsüz olur. Bildiyimə görə, azərbaycanlı futbolçuların hamısı yerli çempionatda çıxış edir.
- Belə çıxır ki, siz Azərbaycan çempionatının səviyyəsini aşağı sayırsınız?
- Düzü, bunu deyə bilmərəm. Çünki sizin çempionatın səviyyəsi ilə maraqlanmamışam. Azərbaycan birinciliyi ən aşağı səviyyəli olmasa da, heç ən yüksək səviyyəli də deyil.
- Azərbaycan Premyer Liqasında oynamaq istərdiniz? Məsələn, elə Lənkəranın “Xəzər-Lənkəran” adlı yaxşı potensiala və maliyyə dayaqlarına malik klubu var.
- Açığı, bu suala birbaşa cavab verməyə çətinlik çəkirəm. Əgər yaxşı təklif olsa, qəbul edərəm. Amma bir məsələ var ki, bu yaxınlarda Xarkovun “Metallist” klubu ilə 3 illik müqavilə bağlamışam. Gələcəkdə cəlbedici təklif alacağım təqdirdə, nəzərdən keçirəcəyəm. İndi isə komandamdan razıyam.

0
0