“Neftçi” “Bakı”dan güclü çıxdı
06.09.2009 - 10:12
Premyer Liqaya hazırlıqlarını davam etdirən komandalar oyun praktikası cəhətdən yaranan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə yoldaşlıq görüşləri keçirirlər. Apasport.az saytının xəbərinə görə, belə oyunlardan biri Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” və “Neftçi” klubları arasında baş tutub.
Hər biri 35 dəqiqədən ibarət 2 hissə oynanılan matçın ilk qoluna 23-cü dəqiqədə Samir Əliyev imza atıb. Lakin heç bir dəqiqə keçməmiş Əhməd Ticani hesabı bərabərləşdirib. Görüşün sonlarına yaxın Rəşad Abdullayev “Neftçi”nin qələbə qolunu vurub. Qarşılaşma 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə tamamlanıb.

0
0