Qomes Azərbaycan yığmasına qarşı oyunu buraxa bilər
07.09.2009 - 09:37
Qomes Azərbaycan yığmasına qarşı oyunu buraxa bilər
Sentyabrın 9-da Azərbaycanla qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin iki gün sonra keçiriləcək qarşılaşması ərəfəsində Bundestimin hücumçusu Mario Qomes zədələnərək sıradan çıxıb.

CAR ilə sentyabrın 5-də keçirilən yoldaşlıq oyununda komandasının iki qolundan birinə imza atan braziliyalı Almaniya yığmasının son məşqində zədələnib. Milliləşən futbolçunun Azərbaycanla qarşılaşmada meydana çıxıb-çıxmayacağına hələ aydınlıq gəlməyib.
0