Gürcüstan çempionu Zaqatalaya gəlmədi
07.09.2009 - 09:43
Gürcüstan çempionu Zaqatalaya gəlmədi
Zaqatalanın “Simurq” klubu növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında yaranan fasilədən yararlanan Roman Pokora yetirmələrini qüvvəsini beynəlxalq matçda sınayıb.

"Simurq"un əvvəlcədən Gürcüstan çempionu "VİT-Corciya"nı qəbul edəcəyi gözlənilsə də, bu komanda müəyyən səbəblərdən Zaqatalaya gələ bilməyib. Əvvəlcədən zaqatalalıları məlumatlandıran çempionun əvəzində "sarı-qaralar"a "Sioni" qonaq gəlib. Bu komanda "Simurq"un tarixində ən çox yoldaşlıq görüşü keçirdiyi Gürcüstan klubudur.

İndiyədək bolnisililərlə 7 dəfə qarşılaşan “Simurq” 4 dəfə rəqibinə qalib gəlib, 3 dəfə isə heç-heçə oynayıb. Topların fərqi 10:4-dür. Elə bu dəfə də təmsilçimiz meydanı məğlubiyyətsiz tərk edib. Belə ki, 90 dəqiqə gərgin mübarizə şəraitində keçən görüş qolsuz başa çatıb. Oyunda baş məşqçi Roman Pokora yığmaların düşərgəsində olan və zədəlilər istisna olmaqla, ixtiyarındakı bütün futbolçuların xidmətindən yararlanıb. "Sioni"nin heyətində "Simurq"un keçmiş oyunçusu Mixail Maxviladze 90 dəqiqə forma geyib.
0