Azərbaycan yığmasının qapısına ilk qolu Quliyev vurdu
07.09.2009 - 09:50
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 2011-ci il qitə birinciliyində ilk seçmə oyununda məğlub olub.
Albaniyanın Durres şəhərində meydan sahibləri ilə qarşılaşan yığmamız matçdakı yeganə qolu vursa da, minimal hesabla uduzub. Qapıları səhv salan Eşqin Quliyev Albaniyanın seçmə mərhələdə ilk qələbəsini rəsmiləşdirib. Qrupumuzda keçirilən digər görüşdə Avstriya Şotlandiyanı bir qolla məğlub edib. Bu matçlardan sonra qrupda qələbəyə həsrət bir komanda qalıb ki, bu da Bernard Lippertin yetirmələridir.
Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 9-da öz meydanında Belarusa qarşı keçirəcək.
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
X seçmə qrupu
Albaniya - Azərbaycan 1:0
Eşqin Quliyev, 63 – öz qapısına.
Avstriya – Şotlandiya 1:0
Andreas Veyman, 57

1 | Şotlandiya | 3 | 2 | 0 | 1 | 6-3 | 6 |
2 | Belarus | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
3 | Albaniya | 3 | 1 | 0 | 2 | 3-6 | 3 |
4 | Avstriya | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
5 | Azərbaycan | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
0
0