“Fənərbaxça”da faciə: 13 yaşlı futbolçu öldü
07.09.2009 - 10:14
Türkiyənin “Fənərbaxça” klubu faciə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin 13 yaşlı futbolçusu Əli Duran Örnək futbolun növbəti qurbanına çevrilib.
Məşqdə özünü pis hiss etdiyinindən xəstəxanaya çatdırılan Əli orada dünyasını dəyişib. “Fənərbaxça” futbol məktəbinin mərhum yetirməsinin ölümünə ürəyindəki problemin səbəb olduğu bildirilir. Futbolçunun qohumları hadisə ilə bağlı açıqlama vermək istəməyib media nümayəndələrindən qaçmağı lazım bilib.
Klubun rəsmi internet saytına yerləşdirilən açıqlamada isə Əlinin sağlamlıq haqqında həkim arayışı təqdim edərək, məktəbə qəbul edildiyi iddia olunur.

0
0