“Azərbaycan yığmasını mütləq məğlub etməli idik”
07.09.2009 - 10:29
“Azərbaycan yığmasını mütləq məğlub etməli idik”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda Albaniyaya uduzmağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Durres şəhərində keçirilən qarşılaşmada meydan sahibləri qələbə qazanmaq məcburiyyətində qalıbmış.

Albaniya yığmasının baş məşqçisi Artan Buşati AFFA-nın rəsmi saytına açıqlamasında bu təzyiqin onlara müsbət təsir etdiyini bildirib: “İlk iki oyunda məğlub olduğumuz üçün bu qarşılaşmada mütləq qələbə qazanmalı idik. Təbii ki, bu, futbolçularımızda psixoloji gərginlik yaratmışdı. Qol vurana qədər nəzərəçarpacaq üstünlüyümüz yox idi. Biz hesabı açandan sonra rəqib təzyiqini daha da artırdı. Bu isə, bizim işimizə yaradı”.
0