Arne Fridrix: Azərbaycanla oyun yalnız bir məşqdir
07.09.2009 - 10:35
Arne Fridrix: Azərbaycanla oyun yalnız bir məşqdir
“Fikrimcə, Cənubi Afrika Respublikası (CAR) yığması ilə yoldaşlıq görüşündə pis oynamadıq. Ümid edirəm ki, Azərbaycanla rəsmi matçda oyunumuzda bir qədər artıra bilərik. Bu, gənc futbolçular üçün xüsusilə vacibdir ki, onların komandamızda sayı heç də az deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının müdafiəçisi Arne Fridrix deyib.

Berlin “Herta”sında forma geyinən futbolçu CAR-la ilə oyunda baş məşqçi Yoahim Lövün eksperimentinin qurbanı olub. Belə ki, yığmamızla rəsmi görüş öncəsi bir sıra dəyişiklərə imza atan Löv cinah müdafiəçisi olan Fridrixi müdafiənin mərkəzində oynadıb. Bu mövqedə özünü rahat hiss etmədiyini bildirən Arne milli komandamızla oyuna məşq kimi baxır: “Aydın məsələdir ki, Cənubi Afrika Respublikası ilə görüş və çərşənbə günü Azərbaycanla oyun yalnız bir treninq, məşqdir. Biz Azərbaycanı məğlub edəcəyik, bundan şübhə yoxdur. Ancaq Rusiya ilə əsl döyüş olacaq”.

Fridrix Azərbaycanla oyun öncəsi daha çox Rusiya yığması ilə oktyabrın 10-da Moskvada keçiriləcək müzakirə olunmasından çəkinmir: “Hesab etmirəm ki, bu, bizə acı zarafatla nəticələnə bilər. Belə şey futbolda adi vəziyyətdir. Çətin ki, bu, gənc futbolçularımıza hansısa pis təsir göstərsin. Qoy Azərbaycanla oyunumuz mətbuatda və azarkeşlər arasında güclü müzakirə olunmasın. Ancaq bu, qalan şeylər kimi vacib deyil. İstənilən yığma üzərində qələbəyə görə üç xal verilir. Təbii ki, Rusiya kimi güclü yığmadan üç xal götürmək həddən artıq çətindir. Ancaq hələ ki paltardəyişmə otağında bunu xüsusilə müzakirə etməmişik. Azərbaycanla oyundan sonra hərə öz klubuna gedəcək. Klublarımızın öz vəzifələri var. Yalnız bundan sonra Rusiya ilə oyun haqda düşünəcəyik. Yəqin ki, bu görüş 2010-cu il dünya çempionatına birbaşa vəsiqəni müəyyənləşdirəcək”.
0