Milli komandamızda nəzarət itib
07.09.2009 - 10:40
Milli komandamızda nəzarət itib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert yetirmələrinin qol imkanlarından yararlana bilməməyindən narazıdır. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində Albaniyaya minimal hesabla uduzan yığmamızın almaniyalı çalışdırıcısı qarşılaşmadan sonra uğursuzluqların səbəblərini axtarıb. Lippert AFFA-nın rəsmi saytına açıqlamasında buraxılan qolun həlledici olduğunu bildirib: “İlk hissədə hadisələr əsasən meydanın mərkəzində cərəyan etdi. Qol vurmaq üçün yaratdığımızdan imkanlardan istifadə edə bilmədik. Buraxdığımız qoldan sonra oyuna nəzarəti itirdik və dönüş yaratmaq mümkün olmadı”.
0