Lixtenşteynin 3 futbolçusu yığmamıza qarşı oynamayacaq
10.09.2009 - 23:00
Lixtenşteyn milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla qarşıdakı oyuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə” təmsilçisi oktyabrın 10-da Vaduts şəhərində keçiriləcək oyunda 3 əsas futbolçunun xidmətindən yararlana bilməyəcək.
Bunlar Mario Frik, Mişel Polverino və Martin Buşeldir. Lixtenşteynlilər hər üç oyunçusunu cəzalı üzündən itirib. Frik Finlandiya ilə son rəsmi oyunda (1:1) cari seçmə mərhələdə 2-ci, Polverino 4-cü sarı vərəqəsini alıb. Buşel isə həmin görüşün 76-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Sözsüz ki, Lixtenşteyn üçün əsas itki kapitan Frikin yoxluğudur.
Yığmanın liderlərindən olan bu hücumçu uzun müddətdir İtaliyanın A seriyasında çıxış edir, hazırda “Syena” klubunun üzvüdür. Mario hələ 10-11 il öncə də yığmamıza qarşı oynayıb və hətta 2:1 hesablı tarixi qələbədə qol vurmaqla yadda qalıb.
Qeyd edək ki, yığmamızda da Vadutsdakı görüşdə cəza üzündən meydana çıxa bilməyən futbolçu olacaq. Bu, zədəli kapitan Rəşad Sadıqovun yoxluğunda sarğını daşıyan Samir Abbasovdur. Uelslə iyunun 6-da Bakıda rəsmi oyunda cəza üzündən iştirak etməyən Samir Almaniya ilə son oyunda (0:4) iki sarı aldığına görə meydandan qovulub.

0
0