Batista Ukraynada “Bakı” haqda danışdı
10.09.2009 - 23:06
Batista Ukraynada “Bakı” haqda danışdı
“Avqustun əvvəlində “Karpatı”nın idman direktoru Stepan Yurçiş mənə zəng vurdu. O, geri qayıtmaqla bağlı fikrimlə maraqlandı. Mən də bunun əleyhinə olmadığımı bildirib “Bakı” klubu ilə Avropa Liqasında oynadığımı dedim və əlavə etdim ki, transfer dövrünün sonuna kimi məsələni yoluna qoymaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Karpatı” klubunun hücumçusu Vilyam Roşa Batista deyib.

Bir ay əvvəl “Bakı” komandasından ayrılan 29 yaşlı hücumçu Ukrayna mətbuatına verdiyi müsahibədə Azərbaycan karyerasından da danışıb: “Əminəm ki, icarə əsasında “Bakı”da keçirdiyim yarım il yalnız xeyrimə oldu. Ölkə çempionu adını qazandım, avrokuboklarda oynadım. Buna baxmayaraq, Azərbaycanı tərk etdim. Çünki Ukrayna çempionatının səviyyəsi oradakı ilə müqayisədə daha yüksəkdir. Həm də bu mövsüm “Karpatı” qarşısına ciddi hədəf – Avropa Liqasına çıxmaq vəzifəsi qoyub”.
0