AFFA prezidenti yığmamızın formasını Əziz Yıldırıma hədiyyə etdi
10.09.2009 - 18:13
“Azərbaycan və “Fənərbaxça” arasında idmanla bağlı anlaşma əldə etmişik. Türkiyə ilə Azərbaycan arasında tarixi bağlar var. “İki dövlət, bir millət” ifadəsi də bunu əks etdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım deyib.
AFFA ilə əməkdaşlığın artırılması barədə anlaşmanın imzalanmasından sonra çıxış edən klub rəhbəri bu işbirliyindən razı olduğunu bildirib: “Dostluq və qardaşlıq çərçivəsində Azərbaycanın yeniyetmə komandaları üçün oyunçu yetişməsində əlimizdən gələni edəcəyik. Bu anlaşmanın imzalanmasına görə çox şadam”.
Qeyd edək ki, Əziz Yıldırım AFFA-dan olan həmkarı Rövnəq Abdullayevin hədiyyəsini də qəbul edib. Bu arxasında “Əziz Yıldırım” yazılan Azərbaycan milli komandasının formasıdır.

0
0