Alispahiçdən iddialı açıqlama: “Neftçi” klubundan qorxmuruq!
10.09.2009 - 23:32
Salyanın “Muğan” klubunun bosniyalı baş məşqçisi Kemal Alispahiçin apasport.az saytına müsahibəsi
- Siz Bosniya və Herseqovinadan olsanız da, Türkiyədə də çalışmısınız. Bu iki ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində prinsipial görüşə çıxdı ki, həmin oyuna Azərbaycanda da böyük maraq var idi. Yəqin ki, Zenitsa şəhərində keçirilən bu oyunu izləmisiniz. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Milliyətcə türk olmasam da, bu ölkəni çox sevirəm. Elə Azərbaycan haqda da bu sözləri deyə bilərəm. Hər halda, mən də müsəlmanam. Futbolçu həyatım əvvəl Türkiyə, indi Azərbaycanla bağlıdır. Vaxtilə 3 il “Kayserispor” klubunda oynamışam. Türkiyədə məşqçi kimi də çalışmışam. Əlbəttə, Bosniya və Herseqovina - Türkiyə matçı mənim üçün də böyük maraq kəsb edirdi. Yığmamız əvvəlki 2-3 görüşlə müqayisədə elə də yaxşı oynamadı. Türkiyə komandası bizdən daha yaxşı təsir bağışladı və oyun ərzində böyük üstünlüyə malik idi. Ancaq bizə həmin gün nəticə qazanmaq əsas idi ki, buna da nail olduq. Əldə etdiyimiz heç-heçə sayəsində Türkiyə ilə 4 xallıq fərqi qoruyub saxladıq.
- Bosniya və Herseqovina yığması sona iki oyun qalmış bu üstünlüyü qoruyub saxlaya biləcəkmi?
- Bəli. Mən buna şübhə etmirəm. Növbəti oyunumuzu səfərdə Estoniyaya qarşı keçirəcəyik. Həmin görüşdə qələbə qazanmaqla, qrupda 2-ci yeri tutub, pley-offa vəsiqə qazanacağımızı rəsmiləşdirəcəyik. Bu zaman artıq son turda İspaniya ilə keçiriləcək oyun bizim üçün formal xarakter daşıyacaq.
- Dünya və Avropa çempionatlarının mükafatçısı olan Türkiyə yığmasının qrupda Bosniya və Herseqovinadan ger qalması nəyin göstəricisidir? Bu, sensasiya, yoxsa məntiqəuyğun kimi qəbul edilməlidir?
- Mən bunu sensasiya saymıram. Çünki bizim milli komandamız hazırda yaxşı forma yığıb. Yığmamız güclü heyətə malikdir. Əla futbolçuları, baş məşqçisi var. Oyunçuların əksəriyyəti Almaniya Bundesliqasında forma geyinir. Bundan əlavə, Fransa, İngiltərə kimi güclü çempionatlarda kimi çıxış eədn futbolçularımız da var. Bir sözlə, indi milli komandamız yaxşı durumdadır.
- Bəs sizə yaxşı tanış olan Türkiyənin uğursuzluğunu nə ilə izah edərdiniz?
- Türkiyə yığması da güclü heyətə malikdir, yaxşı futbolçuları var. Sadəcə, onların futbolçuları çoxlu oyun keçirirlər. Təxminən 40-50 oyuna çıxırlar ki, bu da sonda yorğunluğa gətirib çıxarır. Türkiyəli futbolçular belə ağır qrafikdə çox yorğun olurlar.
- Siz də ötən ilin yayına kimi Bosniya və Herseqovina yığmasının məşqçilər korpusunda idiniz. Vəzifənizdə qalsaydınız, indi dünya çempionatının final mərhələsinə iştirak etməyə çox yaxın olardınız...
- Həmin vaxt federasiya rəhbərliyi ilə aramızada problem yarandığından milli komandadan getməyə qərar verdim. Bu, Azərbaycan yığması ilə Zenitsada keçirilən yoldaşlıq görüşü öncəsi baş vermişdi.
- Yeri gəlmişkən, milli komandamızın son oyunu sizdə hansı təəssürat oyatdı?
- Yaxşı. Hərçənd, səfərdə Almaniyaya 0:4 hesabı ilə uduzdunuz. Yığmanız güclü rəqiblə onun meydanında xüsusilə ilk hissədə yaxşı təsir bağışladı. Hətta qol imkanlarınız oldu. Milli komandanızın oyunu xoşuma gəldi və hesab edirəm ki, yaxşı potensialınız var. Gələcəkdə Avropada bunun bəhrəsini görəcəyinizə inanıram.
- İndi də hazırkı klubunuz haqda danışaq. “Muğan”ı qarşıdakı turda səfərdə “Neftçi” ilə çətin sınaq gözləyir.
- Biz bunu yaxşı başa düşürük və oyuna ciddi hazırlaşırıq. Hazırda Salyandayıq və xüsusilə son günlərdə yaxşı çalışmışıq. Burada hazırlığımız başa çatmaq üzrədir. Bakıya gedib, son məşqimizi orada keçirəcəyik. “Neftçi” ilə bazar günü keçiriləcək görüşdə yaxşı nəticəyə ümid edirik.
- Konkret nəyə?
- Qələbəyə. Biz 3 xal qazanmaq istəyirik.
- Amma rəqibin gücünü nəzərə alsaq, bu, heç də asan məsələ deyil. “Neftçi” ən adlı-sanlı, böyük tarixi olan klubumuz, futbolumuzun flaqmanıdır...
- Bunu yaxşı bilirəm. “Neftçi” haqda çox eşitmişəm. Bu, böyük, super klubdur. “Neftçi”yə böyük hörmətimiz var. Bilirik ki, bizi qarşıda çox çətin sınaq gözləyir. Ancaq “Neftçi” güclü rəqib olsa da, ondan qorxmuruq. Bizim gənc komandamız var. “Muğan” cəmi ikinci ildir güclülər dəstəsində qüvvəsini sınayır. Cari mövsümə uğurla başlamışıq, keçirdiyimiz iki oyundan sonra hesabımızda 4 xal var. “Neftçi”yə də uduzmaq fikrimiz yoxdur.
- Sizcə, “Neftçi” ilə oyunda uğurlu nəticə qazanmağa potensialınız varmı?
- Var. Komandanın gücünə, futbolçulara inanıram. Çempionatın ilk oyunu bizim üçün uğurlu alındı və bunu davam etdirmək istəyirik. Bizdə səviyyəli legionerlər var. Yerli futbolçularımız da yığmalarda çıxış ediblər, beynəlxalq oyun təcrübələrinə malikdirlər. “Neftçi” ilə oyunda da nəticə qazanmaq istəyirik. Düzdür, demək olar, hamı bu komandanı favorit sayır və qələbə qazanacağını düşünür. Ancaq buna görə ruhdan düşməyib, özümüzə güvənirik. Futbolda istənilən nəticə ola bilər. Hər şey Allahın əlindədir!

0
0