Ferster: Almaniya yığması zəif rəqiblərə çox imkan verir
11.09.2009 - 10:22
“Almaniya yığması özündən aşkar zəif rəqiblərə həddən artıq oynamağa imkan verir. Bunun üzərində lazımi səviyyədə işləmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının sabiq futbolçusu Karl-Hayns Ferster deyib.
Futbol veteranı dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşan Bundestimin qarşılaşmada zəif təsir bağışlamasından narahatdır. Ferster bunu müdafiə xəttinin düzgün qurulmaması ilə bağlayır: “Azərbaycanla matçın birinci hissəsində sağ cinahda oynayan Filip Lamın solda yer alması daha məqsədə uyğundur. O buradan hücumlara da qoşulur. Solda Şeferin oynamasındansa, sağda Andreas Bekin mübarizə aparması daha yaxşıdır”.
Qeyd edək ki, Almaniya – Azərbaycan oyununda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0