“Əfsuslar olsun ki, Azərbaycanla oyunda belə alındı”
11.09.2009 - 10:27
“Bəzi komanda yoldaşlarımın Azərbaycanla görüşdə yaxşı oynamamasının səbəbini demək çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının yarımmüdafiəçisi Tomas Hitslsperger deyib. O bildirib ki, yığma üzvləri çox vacib saydıqları Azərbaycanla görüşdə (2:0) ehtiyatı əldən vermək istəmirlərmiş: “İlk 15 dəqiqədə çox yaxşı oynayırdıq. Ancaq ilk qolumuzu vurandan sonra təzyiqi azaltdıq, ehtiyatlı olmağa başladıq. Əfsuslar olsun ki, belə alındı. Azərbaycanla oyunda təşəbbüsü 90 dəqiqə yiyələnmədiyimizə görə təəssüflənirəm”.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0