Podolski: Löv Azərbaycanla oyunda bizə ciddi iradlar bildirdi
11.09.2009 - 10:48
“Baş məşqçi Yoahim Löv Azərbaycanla görüşdən sonra bizə ciddi iradlar bildirdi. Bu, tamamilə doğru məlumatdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının hücumçusu Lukas Podolski deyib.
Yığmamızla Hannoverdə keçirilən rəsmi oyunda (4:0) vurduğu qolla son nöqtəni qoyan 25 yaşlı futbolçu tənbeh olunduqlarını etiraf edib: “Azərbaycana ilk qolu vurandan sonra biz oynamağı dayandırdıq. Yəni, debütdə olduğu kimi oynamırdıq. Aydın məsələdir ki, baş məşqçi buna görə narazı idi. O, paltardəyişmə otağında səsini ucaltmışdı. Sonda vacib qələbə qazandıq. İndi bizi Moskvaya səfər gözləyir. Biz almanlarıq, biz liderik. Rusiya yığması ilə öz gücümüzə inanaraq gedə bilərik. Təbii ki, Rusiyanı məğlub edəcəyimizə ümid edirəm. Biz dünya çempionatına ikinci yox, ilk pillədən yollanmaq istəyirik”.

0
0