Avropanın ən güclüləri arasında Azərbaycan klublarına yer yoxdur
11.09.2009 - 11:45
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə Avropanın 200 ən yaxşı klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 563,50 xalı olan İspaniya “Real”ı qitənin ən yaxşısı adını qazanıb.
Madrid təmsilçisinin ən yaxın izləyiciləri İtaliya “Yuventus”u 466, digər İspaniya təmsilçisi “Barselona” 458 xal yığıb. Azərbaycan klublarına isə qitənin ən yaxşıları arasında yer tapılmayıb. Türkiyə təmsilçilərindən “Qalatasaray” 57 xalla 60-cı, “Fənərbaxça” 5 xalla 185-ci yerdə qərarlaşıb.

0
0