Miroslav Kloze ilə Vaqif Cavadovun fərqi
11.09.2009 - 11:50
Miroslav Kloze ilə Vaqif Cavadovun fərqi
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya – Azərbaycan matçından sonra yerli mətbuat meydana çıxan futbolçuların əməyini qiymətləndirib. Apasport.az saytının məlumatına görə, alman həmkarlarımız futbolçuları əks istiqamətdə aşağıdan yuxarı qiymətləndirib. Yəni, ən yaxşılar daha aşağı qiymət alıb.

Görüşün ən yaxşısı seçilən Miroslav Kloze 1-ə layiq görülüb. Matçın ən bərbad oyunçusu Samir Abbasov isə 5,5 alıb. Kloze ilə Azərbaycan yığmasının hücumçuları arasındakı fərq isə beşqat ölçülür. Belə ki, alman futbolçu Vaqif Cavadov və Vüqar Nadirovdan 5 dəfə güclü olduğunu göstərə bilib. Yığmamızın ən yaxşısı Kamran Ağayev isə 2 qiyməti alıb.

Azərbaycan yığmasının oyunçularının qiymətləri
Kamran Ağayev – 2
Mahir Şükürov – 4,5
Vladimir Levin – 5
Samir Abbasov – 5,5
Elnur Allahverdiyev – 4,5
Saşa Yunisoğlu – 5
Rəşad Sadiqov – 4,5
Aleksandr Çertoqanov – 4,5
Vüqar Nadirov – 5 (Ernani Pereyra - 5)
Elvin Məmmədov – 5 (Cavid Hüseynov – qiymətsiz)
Vaqif Cavadov – 5

Almaniya yığmasının oyunçularının qiymətləri
Rene Adler – 3
Filip Lam – 3
Per Mertezaker – 3
Heyko Vestermann – 3
Marsel Şafer – 5 (Andreas Bek - 3)
Mixael Ballak – 3,5
Tomas Hitslşperger – 4
Bastian Şvaynştayger – 5 (Pyotr Troxovski – qiymətsiz)
Məsud Özil – 4
Lukaş Podolski – 3,5
Mario Qomes – 4,5 (Miroslav Kloze - 1)
0