“Milli komandanın ətrafında bir yığın həvəskar cəmləşib”
11.09.2009 - 12:13
Polşa milli komandasının sabiq baş məşqçisi Leo Beenhakker rəhbərlik etdiyi yığmadan ayrılmasının səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu ölkədə gördükləri hollandiyalını şoka salıb.
Beenhakker Polşa Futbol Federasiyasının Qjeqoj Lyatonun ünvanına sərt ittihamlar irəli sürüb: “Sloveniyaya məğlubiyyətdən sonra mən müsahibə verirdim. Məndən 3 addım kənarda isə Lyato qovulmağımı telekanallara elan edirdi. Sonra mənə yaxınlaşıb üzr istədi. Dedi ki, sabah gəl görüşüb danışaq. Mən onun həddən artıq içkili olduğunu gördüm”.
Hollandiyalı çalışdırıcı polşalıların hansı səviyyədə olduğuna da toxunub: “Lyatonun məni işdən çıxarmağa səlahiyyətləri də çatmır. Yəni, o federasiyanın digər rəhbərləri olmadan təkbaşına qərar verə bilməz. Bu, o deməkdir ki, mən baş məşqçi postundan çıxarılmamışam. Lakin bir daha ora qayıtmayacağam. Oyunçular əla insanlardır. Lakin yığmanın ətrafında bir yığın həvəskarlar cəmləşib”.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0